Календарь | « Oktyabr 2024 » | B.e | Ç.a | Ç | C.a | C | Ş | B | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |
|
|
Коmpakt fleş-yaddaş və ya fleşlər - müasir zamanənin ən populyar əşyalarından biridir. Fleşlər indi çox populyardır və müasir texnikanın yeniliyi İT bazarda tezliklə disketlərin və kompakt-disklərin yerini tutdu. Beləliklə, fleşlərdə artıq proqram təminatı yerləşdirməyə başlayıblar. Yeni nəsil noutbukların artıq diskavodu yoxdur, çünki diskavodlara artıq ehtiyac yoxdur. Tədqiqat laboratoriyalarda rəqabəti nəzərə alaraq və texnoloji prosesi daha ucuz və sərfəli etmək üçün işlər aparılır. Bir çox firmalar artıq 256 GB yaddaşlı fleşlərin istehsalı haqqında bəyan ediblər.
Lakin zamanəmizin yeni möcüzəsinin yaranma tarixini bir çox istifadəçilər bilmirlər. Fleşi 1984-cü ildə Toshiba şirkətinin mütəxəssisi yaponiyalı Fudzi Masuoka icad edib. Lakin onun kütləvi istehsalına yalnız 4 il sonra start verildi. Fleşin istifadə müddəti demək olar ki, “əbədidir”. Fleşdən sonsuz məlumat oxumaq mümkündür. Fleşə təkrar milyon dəfə məlumat yazmaq mümkündür. Fleşə gündə 6 dəfə məlumat yazsanız, sonra isə fleşi formativləşdirsəniz – onu məhv etmək üçün sizə 1400 il tələb olunacaq.
Lakin fleşlərin bir çatışmayan cəhəti də var – оnların yaddaşı nisbətən az olur. Sərt disklər, fleşlərə nisbətən daha sürətlə işləyirlər. Fleş - kompaktlığı sayəsində dizayn yaradıcılığı üçün geniş imkanlar açır. Fleş-kartın bir neçə santimetrlik yaddaşını gözəl və qeyri-adi korpusa yerləşdirmək olar. Bundan əlavə fleş məlumat toplamaqdan başqa, digər əlavə funksiyalara da malikdir. Fantaziya işlətmək üçün imkanlar çoxdur.
İlk baxışdan adi paltar şpilkasını xatırladan Spinacz adlı fleş istifadədə çox rahatdır. Onu rahatlıqla köynəyə taxmaq olar. Belə fleş istifadədə çox rahatdır və digər xırda əşyalar arasında itməz.
Butulka açana bənzər TrekStor fleşi kompüter arxasında pivə içməyi sevənlər üçün sərfəli olar. Belə fleşin davamlığına şubhə etməyin. Onun korpusu bütövlüklə metaldan düzəlib.
Çin istehsalçıları fleşin korpusuna daha bir funksiya - alışqan əlavə ediblər. Çinin Chinavasion şirkəti siqaret çəkənləri 4 GB yaddaşlı fleşlə sevindiriblər. Yanko Design studiyası yanacaqsız və qazsız işləyən fleş- alışqan icad edib. Onlar elektrik enerjisi ilə işləyən fleşi təqdim ediblər. Möcüzəli fleş akkumulyatorla kompüterin USB-portundan enerji yığır.
Qonkonqun Debreu firması istifadəçilərə aromat verən fleş təklif edib. İş zamanı fleş müxtəlif xoş qoxular verir. Bu funksiya cihazda yerləşdirilmiş efir yağlarının sayəsində mümkün olur. Yağları isə vaxtaşırı dəyişmək lazım olur.
Buffalo firması isə fleşi TV-tünerlə birləşdirib. İndi möcüzəli fleşlə TV-proqramlara baxmaq və verilişləri fleşə yazmaq mümkündür.
Просмотров:
55627
|
Добавил:
rolen
|
Дата:
23.04.2009
|
|
Microsoft şirkəti öz saytında yeni əməliyyat sistemini test edəcək mühəndis qrupuna rəhbərlik etmək üçün mütəxəssis axtarışı barədə elan dərc edib.
Gələcəkdə Windows 7-ni əvəzləyəcək sistem kimi nəzərdə tutulan yeni platforma Windows 8 kod adı altında verilir. Windows 8`i hazırlayacaq mütəxəssislərin daha bir tapşırığı platformanın nüvəsini gücləndirərək sistemin daha güclü işləməsini təmin etməkdir.
Həmçinin bir sıra yeniliklər də nəzərdə tutulur. Onların sırasında fayllara əlaqədə inqilab kimi göstərilən layihələr də var.
Microsoft bu yaxınlarda Windows 7-nin finalöncəsi versiyasını təqdim etməyə hazırlaşır. Bu təxminən 5 mayda baş verməlidir. Windows 7`nin finalı isə yayın sonu və payızın əvvəllərinə nəzərdə tutulur.
Просмотров:
3297
|
Добавил:
rolen
|
Дата:
23.04.2009
|
|
İnternet vasitəsilə göndərilən 97% elektron poçt spamdan ibarətdir. Bu məlumat Microsoft kompaniyasının mütəxəsisləri tərəfdən araşdırılıb.
Spamların əsas hissəsi dərman preparatlarının alınması, pornoqrafiya və dələduzlar tərəfindən təklif olunan işlərdir. Çox vaxt bu kimi spamlarda viruslar yerləşdirilir.
Microsoft mütəxəssisləri hesablayıblar ki, hər 1000 kompüterdən 8.6-ı viruslara yoluxur. O da müəyyənləşib ki, hakerlər ən çox Microsoft Office paketini və PDF formatlı sənədləri yoluxdurmaq istəyirlər.
Просмотров:
1561
|
Добавил:
rolen
|
Дата:
15.04.2009
|
|
“Bakcell” şirkəti abonentlərinə “Mənim ərazim” adlanan yeni xidmət təqdim edib.
Şirkətdən xeberler.az veilən məlumatda bildirilib ki, “Mənim ərazim”ə qoşulmaqla, Azərbaycanın zonalarından asılı olaraq, xüsusi tariflərlə danışmaq mümkündür. Yeni xidmət Cin Kart və Klass abonentləri üçün nəzərdə tutulub.
Abonentlər qeydiyyatda olduqları zonada pik saatlarında digər “Bakcell” abunəçiləri ilə 25 faiz güzəştlə danışmaq imkanı qazanacaqlar. Xidmətin qeydiyyatdan keçirilməsi üçün abonent öz zonasında olduğu müddətdə mobil telefonundan *155#555# yığaraq zəng etməli, yaxud 6955 nömrəsinə zənq vuraraq operatorun təlimatına uyğun hərəkət etməlidir.
Abonentlər yeni xidmətə qoşulmaq üçün, həmçinin şirkətin Xidmət Mərkəzlərindən birinə müraciət edə bilərlər.
Bu xidmət çərçivəsində Azərbaycanın ərazisi Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Qarabağ, Şirvan, Naxçıvan və Bakı Metropoliteni zonalarına bölünüb.
Просмотров:
1426
|
Добавил:
rolen
|
Дата:
15.04.2009
|
|
Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi 15 ali məktəbi əhatə edən “Təhsil Xəbərləri” blog şəbəkəsi layihəsinin icrasına başlayır. Layihədə aşağıda adları çəkilən Universitetlərin tələbələri iştirak edir:
1. Bakı Dövlət Universiteti 2. Azərbaycan Dillər Universiteti 3. Azərbaycan Dövlət Pedoqoji Universiteti 4. Azərbaycan Dövlət İqtisad Universiteti 5. Azərbaycan Dövlət Neft Akademiyası 6. Azərbaycan Tibb Universiteti 7. Azərbaycan Texniki Universiteti 8. Qafqaz Universiteti 9. Qərb Universiteti 10. Xəzər Universiteti 11. Odlar Yurdu Universiteti 12. Təfəkkür Universiteti 13. Azərbaycan Beynəlxalq Universiteti 14. Bakı Asiya Universiteti 15. Avrasiya universiteti
Layihə çərçivəsində tələbələr təhsil aldıqları ali məktəblərdə gündəlik baş verən hadisələri qeyd edəcəklər. Layihənin keçirilməsində əsas məqsəd tələbələrin bloqlara olan maraqlarını artırmaq, ali məktəblər arasında əlaqə yaratmaq, həmçinin ali məktəblərdə baş verən hadisələrlə yaxından tanış olmaqdır. Layihə müəllifləri bütün blogçuları bu layihədə yaxşndan iştirak etməyə dəvət edir. Layihə ilə ilə bağlı bütün məlumatlar students.azeriblog.com blogunda yerləşdiriləcək və yaxın günlərdə Universitetlərin hər birinin öz blogu fəaliyyətə başlayacaq.
Просмотров:
1092
|
Добавил:
rolen
|
Дата:
14.04.2009
|
|
Dünya iqtisadi böhranı AOL kompaniyasından da yan keçmədi. AIM, ICQ servislərinə özündə birləşdirən kompaniya böhranda daha çox maliyyə itirməmək üçün aprelin 13-dən etibarən servisləri pullu edəcək.
Pulu isə istifadəçilər aprelin 13 dən etibarən İCQ-nun rəsmi saytına yükləməklə xususi kod qazanacaqlar və bu kodun köməyi ilə sistemə daxil ola biləcəklər. Əgər kod vasitəsi ilə bir neçə nəfər daxil olmağa çalışsa o zaman ban olunacaq.
Просмотров:
1078
|
Добавил:
rolen
|
Дата:
13.04.2009
|
|
Bu gün yayılacağı gözlənilən Conficker virusu bütün dünyanı şoka salır.Təhlükəsizlik firmalarının qarşısında aciz qaldığı bu virusu təyin etmək mümkün oldu.
İOActive firmasında təhlükəsizlik məsələləri ilə məşğul olan Dan Kaminsky`in dediyinə görə, “Son dərəcədə sistem mütəxəssislərinin praktiki olaraq ardıcıl işləmələri sayəsində Conficker virusunun şəbəkə üzərində buraxdığı barmaq izlərini tapmaq mümkün olacaq”. Windows əməliyyat sistemində şifrəli fayllar üzərində çalışan mütəxəssislər bundan sonra conficker virusunun şəbəkəni ələ keçirib-keçirmədiyinin aydın olacağını deyirlər.
Conficker virusunu təsbit etmək üçün açıq qaynaq kodlu Nmap və ya Foundstone Enterprise, ya da Nessus proqramlarından birini istifadə edə bilərsiniz.
Просмотров:
1242
|
Добавил:
rolen
|
Дата:
13.04.2009
|
|
Azərbaycanın məlumat-axtarış portalı olan YUMROO (www.yumroo.az) bir ay ərzində keçirilmiş bloqqerlər müsabiqəsinin qaliblərini açıqlayıb.
2009-cu ilin mart ayının nəticələrinə əsasən nikləri aşağıda qeyd olunan istifadəçilər 100 manat mükafatın sahibi oldular:
1. Emin (http://blogs.yumroo.az/emin) 2. journalist.1 (http://blogs.yumroo.az/journalist) 3. Şəbnəm (http://blogs.yumroo.az/shebnem) 4. Dejavu (http://blogs.yumroo.az/dejavu) 5. Bəxtiyar (http://blogs.yumroo.az/bexto)
Hər istifadəçi mükafatı nə zaman və harada ala biləcəyi haqda elektron məktubu vasitəsilə məlumatlandırılacaq.
Qeyd edək ki, müsabiqə davam edir və aprel ayının nəticələri 1 may 2009-ci il tarixində açıqlanacaq. Bu müsabiqə intenet istifadəçiləri arasında blog sahəsinin inkişafına zəmin yaradır.
Просмотров:
1113
|
Добавил:
rolen
|
Дата:
13.04.2009
|
|
Solid Extreme adlı markanın əsas xüsusiyyəti dayanıqlı və zərbəyə davamlı olmasıdır. Cib telefonu su və toza qarşı dayanıqlıdır.Həm də istiliyə tab gətirə bilir.
2 metr yüksəkilikdən düşəndə heç bir zədə almır. Telefon vaxtının çox hissəsini yolda keçirənlər üçün hazırlanmışdır.
Bundan əlavə telefon 1.3 MP kameraya, video oynadıcıya, FM radioya, Bluetooth və MicroSD dəstəyinə malikdir.
Просмотров:
1074
|
Добавил:
rolen
|
Дата:
13.04.2009
|
|
Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti ilə İsrailin «Pelephone» operatoru arasında beynəlxalq rouminq xidməti istifadəyə verilib.
Şirkətdən xeberler.az-a verilən məlumata əsasən, bu, «Azercell»in İsrail ilə dördüncü rouminq müqaviləsidir. «Azercell» abonentləri hazırda İsrailin «Mirs», «Partner» və «Cellcom» operatorlarının xidmətindən yararlanırlar.
Qeyd edəkn ki, indiyə kimi «Azercell Telecom» şirkəti 148 ölkənin mobil rabitə operatorları ilə 375 rouminq sazişi bağlayıb.
Просмотров:
1143
|
Добавил:
rolen
|
Дата:
13.04.2009
|
|
|
|