Cümə axşamı, 21.11.2024, 13:28
| RSS
Меню сайта
Axtar
Календарь
«  Aprel 2009  »
B.eÇ.aÇC.aCŞB
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Главная » 2009 » Aprel » 13
 Dünya iqtisadi böhranı AOL kompaniyasından da yan keçmədi. AIM, ICQ servislərinə özündə birləşdirən kompaniya böhranda daha çox maliyyə itirməmək üçün aprelin 13-dən etibarən servisləri pullu edəcək. 

Pulu isə istifadəçilər aprelin 13 dən etibarən İCQ-nun rəsmi saytına yükləməklə xususi kod qazanacaqlar və bu kodun köməyi ilə sistemə daxil ola biləcəklər. Əgər kod vasitəsi ilə bir neçə nəfər daxil olmağa çalışsa o zaman ban olunacaq.

Просмотров: 1086 | Добавил: rolen | Дата: 13.04.2009 | Комментарии (0)

 Bu gün yayılacağı gözlənilən Conficker virusu bütün dünyanı şoka salır.Təhlükəsizlik firmalarının qarşısında aciz qaldığı bu virusu təyin etmək mümkün oldu. 

İOActive firmasında təhlükəsizlik məsələləri ilə məşğul olan Dan Kaminsky`in dediyinə görə, “Son dərəcədə sistem mütəxəssislərinin praktiki olaraq ardıcıl işləmələri sayəsində Conficker virusunun şəbəkə üzərində buraxdığı barmaq izlərini tapmaq mümkün olacaq”. Windows əməliyyat sistemində şifrəli fayllar üzərində çalışan mütəxəssislər bundan sonra conficker virusunun şəbəkəni ələ keçirib-keçirmədiyinin aydın olacağını deyirlər.

Conficker virusunu təsbit etmək üçün açıq qaynaq kodlu Nmap və ya Foundstone Enterprise, ya da Nessus proqramlarından birini istifadə edə bilərsiniz.

Просмотров: 1248 | Добавил: rolen | Дата: 13.04.2009 | Комментарии (2)

 Azərbaycanın məlumat-axtarış portalı olan YUMROO (www.yumroo.az) bir ay ərzində keçirilmiş bloqqerlər müsabiqəsinin qaliblərini açıqlayıb. 


2009-cu ilin mart ayının nəticələrinə əsasən nikləri aşağıda qeyd olunan istifadəçilər 100 manat mükafatın sahibi oldular: 

1. Emin (http://blogs.yumroo.az/emin)
2. journalist.1 (http://blogs.yumroo.az/journalist)
3. Şəbnəm (http://blogs.yumroo.az/shebnem)
4. Dejavu (http://blogs.yumroo.az/dejavu)
5. Bəxtiyar (http://blogs.yumroo.az/bexto)

Hər istifadəçi mükafatı nə zaman və harada ala biləcəyi haqda elektron məktubu vasitəsilə məlumatlandırılacaq. 

Qeyd edək ki, müsabiqə davam edir və aprel ayının nəticələri 1 may 2009-ci il tarixində açıqlanacaq. Bu müsabiqə intenet istifadəçiləri arasında blog sahəsinin inkişafına zəmin yaradır.


Просмотров: 1120 | Добавил: rolen | Дата: 13.04.2009 | Комментарии (0)

Solid Extreme adlı markanın əsas xüsusiyyəti dayanıqlı və zərbəyə davamlı olmasıdır. Cib telefonu su və toza qarşı dayanıqlıdır.Həm də istiliyə tab gətirə bilir. 

2 metr yüksəkilikdən düşəndə heç bir zədə almır. Telefon vaxtının çox hissəsini yolda keçirənlər üçün hazırlanmışdır.

Bundan əlavə telefon 1.3 MP kameraya, video oynadıcıya, FM radioya, Bluetooth və MicroSD dəstəyinə malikdir.

Просмотров: 1083 | Добавил: rolen | Дата: 13.04.2009 | Комментарии (0)

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti ilə İsrailin «Pelephone» operatoru arasında beynəlxalq rouminq xidməti istifadəyə verilib. 

Şirkətdən xeberler.az-a verilən məlumata əsasən, bu, «Azercell»in İsrail ilə dördüncü rouminq müqaviləsidir. «Azercell» abonentləri hazırda İsrailin «Mirs», «Partner» və «Cellcom» operatorlarının xidmətindən yararlanırlar.

Qeyd edəkn ki, indiyə kimi «Azercell Telecom» şirkəti 148 ölkənin mobil rabitə operatorları ilə 375 rouminq sazişi bağlayıb.


Просмотров: 1154 | Добавил: rolen | Дата: 13.04.2009 | Комментарии (0)

Архив записей
Наш опрос
Sayt necədi???
Bütün cavablar: 48
Мини-чат
Друзья сайта
  • rolen.3dn.ru
  • Статистика