Cümə axşamı, 09.05.2024, 08:42
| RSS
Меню сайта
Axtar
Календарь
«  Aprel 2009  »
B.eÇ.aÇC.aCŞB
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Главная » 2009 » Aprel » 23

  

Коmpakt fleş-yaddaş və ya fleşlər - müasir zamanənin ən populyar əşyalarından biridir. Fleşlər indi çox populyardır və müasir texnikanın yeniliyi İT bazarda tezliklə disketlərin və kompakt-disklərin yerini tutdu. Beləliklə, fleşlərdə artıq proqram təminatı yerləşdirməyə başlayıblar. Yeni nəsil noutbukların artıq diskavodu yoxdur, çünki diskavodlara artıq ehtiyac yoxdur. Tədqiqat laboratoriyalarda rəqabəti nəzərə alaraq və texnoloji prosesi daha ucuz və sərfəli etmək üçün işlər aparılır. Bir çox firmalar artıq 256 GB yaddaşlı fleşlərin istehsalı haqqında bəyan ediblər.


Lakin zamanəmizin yeni möcüzəsinin yaranma tarixini bir çox istifadəçilər bilmirlər. Fleşi 1984-cü ildə Toshiba şirkətinin mütəxəssisi yaponiyalı Fudzi Masuoka icad edib. Lakin onun kütləvi istehsalına yalnız 4 il sonra start verildi. Fleşin istifadə müddəti demək olar ki, “əbədidir”. Fleşdən sonsuz məlumat oxumaq mümkündür. Fleşə təkrar milyon dəfə məlumat yazmaq mümkündür. Fleşə gündə 6 dəfə məlumat yazsanız, sonra isə fleşi formativləşdirsəniz – onu məhv etmək üçün sizə 1400 il tələb olunacaq. 

Lakin fleşlərin bir çatışmayan cəhəti də var – оnların yaddaşı nisbətən az olur. Sərt disklər, fleşlərə nisbətən daha sürətlə işləyirlər. 
Fleş - kompaktlığı sayəsində dizayn yaradıcılığı üçün geniş imkanlar açır. Fleş-kartın bir neçə santimetrlik yaddaşını gözəl və qeyri-adi korpusa yerləşdirmək olar. Bundan əlavə fleş məlumat toplamaqdan başqa, digər əlavə funksiyalara da malikdir. Fantaziya işlətmək üçün imkanlar çoxdur. 

İlk baxışdan adi paltar şpilkasını xatırladan Spinacz adlı fleş istifadədə çox rahatdır. Onu rahatlıqla köynəyə taxmaq olar. Belə fleş istifadədə çox rahatdır və digər xırda əşyalar arasında itməz. 

Butulka açana bənzər TrekStor fleşi kompüter arxasında pivə içməyi sevənlər üçün sərfəli olar. Belə fleşin davamlığına şubhə etməyin. Onun korpusu bütövlüklə metaldan düzəlib.

Çin istehsalçıları fleşin korpusuna daha bir funksiya - alışqan əlavə ediblər. Çinin Chinavasion şirkəti siqaret çəkənləri 4 GB yaddaşlı fleşlə sevindiriblər. Yanko Design studiyası yanacaqsız və qazsız işləyən fleş- alışqan icad edib. Onlar elektrik enerjisi ilə işləyən fleşi təqdim ediblər. Möcüzəli fleş akkumulyatorla kompüterin USB-portundan enerji yığır.

Qonkonqun Debreu firması istifadəçilərə aromat verən fleş təklif edib. İş zamanı fleş müxtəlif xoş qoxular verir. Bu funksiya cihazda yerləşdirilmiş efir yağlarının sayəsində mümkün olur. Yağları isə vaxtaşırı dəyişmək lazım olur.

Buffalo firması isə fleşi TV-tünerlə birləşdirib. İndi möcüzəli fleşlə TV-proqramlara baxmaq və verilişləri fleşə yazmaq mümkündür.

Просмотров: 49404 | Добавил: rolen | Дата: 23.04.2009 | Комментарии (799)

 Microsoft şirkəti öz saytında yeni əməliyyat sistemini test edəcək mühəndis qrupuna rəhbərlik etmək üçün mütəxəssis axtarışı barədə elan dərc edib. 

Gələcəkdə Windows 7-ni əvəzləyəcək sistem kimi nəzərdə tutulan yeni platforma Windows 8 kod adı altında verilir. Windows 8`i hazırlayacaq mütəxəssislərin daha bir tapşırığı platformanın nüvəsini gücləndirərək sistemin daha güclü işləməsini təmin etməkdir.

Həmçinin bir sıra yeniliklər də nəzərdə tutulur. Onların sırasında fayllara əlaqədə inqilab kimi göstərilən layihələr də var. 

Microsoft bu yaxınlarda Windows 7-nin finalöncəsi versiyasını təqdim etməyə hazırlaşır. Bu təxminən 5 mayda baş verməlidir. Windows 7`nin finalı isə yayın sonu və payızın əvvəllərinə nəzərdə tutulur.


Просмотров: 3257 | Добавил: rolen | Дата: 23.04.2009 | Комментарии (1)

Архив записей
Наш опрос
Sayt necədi???
Bütün cavablar: 48
Мини-чат
Друзья сайта
  • rolen.3dn.ru
  • Статистика